EN

Azərbaycan neftinin qiyməti artıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

Finss.az xəbər verir ki, neftin 1 bareli 1,09 ABŞ dolları və ya 1,5% bahalaşaraq 73,61 ABŞ dollarına yüksəlib.

Qeyd edək ki, əvvəlki ticarət sessiyasında “Azeri Light” markalı neftin qiyməti 72,52 ABŞ dolları təşkil edirdi.

Xatırladaq ki, 2025-ci il üzrə dövlət büdcəsində Azərbaycan neftinin orta qiyməti 1 barel üçün 70 ABŞ dolları səviyyəsində götürülüb.

Fuad Mədətov
Finss.az

Chosen
8
50
fins.az

10Sources