"Arsenal" klubu "Real Madrid"in futbolçusu Rodriqonu transfer etməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, "topçular" braziliyalı vinger üçün 70 milyon funt-sterlinq ödəməyə hazırdır.
Bu barədə "Mirror Football" məlumat yayıb.
Rodriqo Xabi Alonsonun gəlişindən bəri əsas heyətdəki yerini itirib. O, klublararası dünya çempionatında 4 matçın 2-də meydana belə daxil olmayıb.
Buna görə də braziliyalı futbolçu "kral klubu"ndan ayrılmağı ciddi şəkildə düşünür.