Ajans.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsinin ərazisində yerləşən "Golden Beach" istirahət mərkəzində qeydə alınıb. Orada fəhlə işləyən, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Elçin Cavatoviç Ramazanovu elektrik cərəyanı vuraraq öldürüb. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.