EN

Bakı metropolitenində baş vermiş terror aktı: 13 nəfərin həyatına son qoyan partlayış

Bu gün Bakı metrosunda 1994-cü ildə baş verən ikinci terror aktından 31 il keçir.

1994-cü il iyulun 3-də Bakı metrosunda ikinci terror aktı olub.

Avtosfer.az xatırladır ki, həmin gün saat 20:30-da metronun "28 May" stansiyasından "Gənclik" stansiyası istiqamətində hərəkət edən qatarın platformaya çatmağına 500 metr qalmış ikinci vaqonda partlayış baş verib.

Partlayışdan sonra qatarda yanğın başlayıb. Terror aktı nəticəsində 13 nəfər həlak olub, 58 nəfər isə yaralanıb.

"28 May" və "Gənclik" stansiyaları arasında partlayışın təşkil edilməsi ilə əlaqədar Moskvada yaşayan Azərbaycan vətəndaşı Azər Aslanov həbs olunub. O, 1997-ci il noyabrın 29-da Azərbaycana ekstradisiya edilib. Azər Aslanov ifadəsində bildirib ki, o, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, birinci partlayış hadisəsi 1994-cü il martın 19-da metronun "20 Yanvar" stansiyasında baş vermişdi.

Chosen
17
42
avtosfer.az

10Sources