EN

İspaniyanın Huelva Universitetinin əməkdaşı ADAU da Dayanıqlı İnkişaf Məqsədləri təcrübələrini bölüşüb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Gəncə, 3 iyul, Elcan Məmmədov, AZƏRTAC

İspaniyanın Huelva Universitetinin (UHU) Pedaqogika kafedrasının professoru Pablo Antonio Cano Jiménez Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) səfərdə olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində qonaq universitetin maddi-texniki bazası ilə yaxından tanış olaraq, akademik heyət və tələbələrlə fikir mübadiləsi aparıb.

Həmçinin “Huelvada Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə təcrübə” və fakültələrin beynəlxalq layihələrdə rolunun artırılması mövzularında bir qrup professor-müəllim heyəti üçün təlimlər keçib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
2
azertag.az

3Sources