EN

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun ştat sayı və aylıq vəzifə maaşlarının təsdiq edilməsi haqqında” 2001-ci il 25 sentyabr tarixli 156 nömrəli və “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” 2022-ci il 14 yanvar tarixli 10 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 14 aprel tarixli 153 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 iyun tarixli 409 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun ştat sayı və aylıq vəzifə maaşlarının təsdiq edilməsi haqqında” 2001-ci il 25 sentyabr tarixli 156 nömrəli və “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” 2022-ci il 14 yanvar tarixli 10 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 14 aprel tarixli 153 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 400 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1..4.2-ci bənddə “1 (bir) xidməti minik avtomobili” sözləri “5 (beş) xidməti avtonəqliyyat vasitəsi” sözləri ilə əvəz edilsin;

1.2..həmin Qərarla təsdiq edilmiş “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun ştat sayı” cədvəlinin 3-cü və 4-cü hissələri aşağıdakı redaksiyada verilsin:

3. Baş məsləhətçi 6

4. Böyük məsləhətçi 7

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Chosen
26
29
xalqqazeti.az

10Sources