EN

Kazan hava limanı fəaliyyətini dayandırıb

Kazan hava limanı təyyarələrin gəliş-gedişinə məhdudiyyətlər qoyub.

“İki sahil” xəbər verir ki, bu barədə Rosaviatsia məlumat yayıb.

Bu gün səhər saatlarında Ulyanovsk və Samara hava limanları da fəaliyyətini dayandırıb.

Adətən, bu cür məhdudiyyətlər pilotsuz uçuş aparatlarının təhlükəsi yarandıqda qoyulur.

Tatarıstanın rəhbəri Rüstəm Minnixanov vəziyyətlə bağlı hələlik şərh verməyib. Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev bölgədə bir PUA-nın vurulduğunu bildirib. Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix pilotsuz təyyarələr üçün təhlükə rejimi elan edib.

Chosen
20
17
ikisahil.az

10Sources