“2024-cü ilin məlumatına görə ABŞ-də 19 ədəd “B-2” bombardmançı təyyarəsi var və Vaşinqton onlardan heç birini müttəfiqlərinin heç birinə ötürməyib. Həmçinin, İsrailin sərəncamında GBU-57 bombaları da yoxdur”,- telekanal vurğulayır.
![]() |
Vaşinqton Tehranla danışıqlara qayıtmağa hazırdır| VİDEO |
İyunun 22-nə keçən gecə isə ABŞ prezidenti Donald Tramp ölkəsinin İranın üç nüvə obyektinə - İsfahan, Natanz və Fordoda uğurlu hücum həyata keçirdiyini açıqlayıb. ABŞ ordusu zərbələr üçün “GBU-57” bunker bombaları ilə təchiz olunmuş az nəzərə çarpan “B-2 Spirit” strateji bombardmançılarından istifadə edib.
ABŞ prezidenti Donald Tramp İranın nüvə obyektlərinin tamamilə məhv edildiyini söyləyərək, bunu təsirli hərbi uğur adlandırıb. Bundan osnra Vaşinqton Tehrana İranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyə hazır olduğunu çatdırıb.
Sahil İsgəndərov
AzVision.az