“Sabah”ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Çelye” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Sloveniya təmsilçisi son ünvanı “Nafta” olan Darko Hrkanı transfer edib. Dayaq yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.
“Sabah” “Çelye”yə qarşı ilk oyunu iyulun 10-da Bakıda keçirəcək. Cavab görüşü isə bir həftə sonra Sloveniyada olacaq.