BAKI, 3 iyul. TELEQRAF
Bakıda qardaş qardaşını qətlə yetirib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə iyulun 3-də səhər saatlarında paytaxtın Binəqədi rayonu M.Ə. Rəsulzadə qəsəbəsində baş verib.
Orada yaşayan Amin Nuri 1996-cı il təvəllüdlü qardaşı Aslan Nurini öldürüb.
Amin Nuri daha sonra polisə könüllüşəkildə təslim olub. Hadisə yerinə hüquq mühafizəəməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.