EN

“Sərt ritorika həmişə siyasi uğura gətirib çıxarmır” - Tarixçi

"Tarixi təcrübə göstərir ki, hər zaman hərbi güc nümayişi  və ya sərt ritorika siyasi uğura gətirib çıxarmır".

Yenisabah.az xəbər verir ki, bunu AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu "Beynəlxalq münasibətlər tarixi" şöbəsinin aparı­cı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru‎ Nİgar Gözəlova bildirib.

O, hazırda Rusiya və Azərbaycan arasında yaranmış siyasi gərginliyə eyhamla tarixi keçmişdən misal gətirib: pizza mizza

"1829-cu ildə Tehranda baş verən qanlı hadisə – rus səfiri Qriboyedovun və onun missiyasının məhv edilməsi – sadəcə diplomatik böhran deyildi. Bu, bütöv bir regionun taleyini dəyişə biləcək, imperiyaları qarşı-qarşıya gətirəcək dərəcədə təhlükəli bir dönüm nöqtəsi idi.

Xəbər Qacar vəliəhdi Abbas Mirzəyə çatar-çatmaz, o, silaha deyil, sözə üz tutdu. Amma Paskeviç sülh dilində danışmaq istəmirdi. O, Abbas Mirzəyə yazdığı məşhur məktubda açıq şəkildə təhdid edirdi:

“Mən Azərbaycanı ələ keçirəcəyəm və siz onu bir daha əldə edə bilməyəcəksiniz... bu əyalət olmadan isə siz əlahəzrətləri taxt-tacın varisi ola bilməzsiniz.

Heç bir il də keçməz ki, Qacar sülaləsi də tamamilə məhv ola bilər...

İngilislərin vədlərinə və türklərin təminatlarına arxalanmayın...

İngilislər sizi müdafiə etməz, çünki onların siyasəti sadəcə Şərqi Hindistan mülkləri ilə bağlıdır;

Asiyada biz hər hansı bir dövləti işğal edə bilərik və kimsə bizə bir söz deməz – bu, Avropa deyil ki, hər qarış torpaq uğrunda qanlı müharibələr başlasın...

Bütün siyasi varlığınız əlimizdədir; sizi devirmək də, qorumaq da yalnız Rusiya imperiyasının əlindədir”.

Bu məktubla yanaşı, Paskeviç gizli kanallar vasitəsilə İranı Osmanlıya qarşı müharibəyə qoşulmağa çağırırdı. Məqsəd aydın idir: Qacarları yeni savaş burulğanına çəkmək.

Bu sərt ultimatum həm Britaniya, həm də Rusiya diplomatik dairələrində təlaş yaratdı. Məhz buna görə Rusiya daha ehtiyatlı və balanslı diplomatik xətt seçilərək, Paskeviç danışıqlardan uzaqlaşdırıldı və onun yerinə general Dolgoruki göndərildi.  

Nəhayət, Abbas Mirzə öz oğlunu – şahzadə Xosrov Mirzəni üzrxahlıq missiyasının başçısı təyin edərək Rusiyaya göndərdi. Bu, təkcə üzr yox, həm də diplomatik manevr idi.

Tarixi təcrübə göstərir ki, hər zaman hərbi güc nümayişi  və ya sərt ritorika siyasi uğura gətirib çıxarmır. Bəzi hallarda məhz təmkin, çevik diplomatik davranış və strateji uzaqgörənlik mürəkkəb böhranların qarşısını almaqda həlledici rol oynayır.

1829-cu il böhranı da göstərdi ki, tərəflərdən birinin zəif mövqedə olması onun siyasi məntiq və diplomatik bacarıq nümayiş etdirməsinə əngəl deyil. Əksinə, bu cür şəraitdə məsuliyyətli qərarlar vermək daha böyük siyasi yetkinlik tələb edir".

 


Telegram kanalımız
Chosen
14
1
yenisabah.az

2Sources