"Ayaks" təcrübəli qapıçısı Remko Pasveerlə müqavilə müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, 41 yaşlı çərçivə qoruyucusu daha bir mövsüm Niderland nəhəngində çıxış edəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Pasveer 2021-ci ildən "Ayaks"da çıxış edir. O, başa çatan mövsümdə komandanın əsas qapıçısı idi.