EN

“Qlobes”: Tramp Türkiyəni İsrail-Suriya normallaşmasına dəstək verməyə sövq edə bilər

Tramp Türkiyəni İsrail-Suriya normallaşmasına dəstək verməyə sövq edə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə İsrailin “Globes” nəşri yazır.

ABŞ prezidenti Tramp Ankaranın İsrail və Suriya arasında münasibətlərin normallaşmasına dəstək verəcəyi təqdirdə Türkiyənin F-35 qırıcıları proqramına qayıtmasına icazə verməyi nəzərdən keçirir.

Tramp regional baxışının bir hissəsi olaraq münaqişələrə son qoymaq istəyir – xüsusən də söhbət Vaşinqtonun İsrail və Türkiyə kimi strateji müttəfiqləri arasında gərginliyə gəldikdə.

“Yunanıstan və İsrail Türkiyəyə F-35-lərin satışının təsdiqini gecikdirmək üçün ABŞ ilə əməkdaşlıq edir. Bununla belə, bütün tərəflər artıq başa düşüblər ki, Türkiyənin layihəyə qayıtması an məsələsidir”, – yüksək rütbəli yunan məmur Globes-ə bildirib.

ABŞ İbrahim razılaşmalarını genişləndirməkdə maraqlıdır, Vaşinqton isə F-35 təyyarələri olmadan Ərdoğanın İsraillə münasibətləri normallaşdırmasının çətin olacağını başa düşməklə yanaşı, bütün məqsədlərin həyata keçirilməsini əhatə edən paket sazişi yaratmağa çalışır.

Eyni zamanda məqalədə qeyd edilir ki, Türkiyə prezidenti “addımlarını seçicilərə izah etməli olacaq”. Çünki İsraillə normallaşma ölkə daxilində “xüsusən də Fələstin tərəfdarı əhval-ruhiyyə baxımından” dəstəklənmir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
4
30
interpress.az

10Sources