EN

Zelenski: Danimarka və digər tərəfdaşlarla silah istehsalı ilə bağlı razılaşmalar hazırlanır

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-nin bəzi hava hücumundan müdafiə raketləri və sursatlarının tədarükünü dayandırması ilə bağlı xəbərlərdən sonra açıqlama verib.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Zelenskinin sözlərinə görə, hazırda Danimarka və digər tərəfdaşlarla silah və dron istehsalı ilə bağlı yeni razılaşmalar hazırlanır.

Prezident bildirib ki, o, müdafiə və xarici işlər nazirlərindən ABŞ ilə əlaqələr barədə hesabat alıb.

Chosen
20
50
operativmedia.az

10Sources