EN

Həyətə təyyarə qanadı düşdü - VİDEO(FOTO)

ABŞ-də maraqlı hadisə baş verib. Şəxsi təyyarələrdən birinin qanadının parçası Şimali Karolinadakı evlərdən birinin həyətinə düşüb. Bu barədə The New York Post (NYP) məlumat yayıb.


Nəşrin məlumatına görə, bu, "Delta" şirkətinə məxsus Boeing 737 təyyarəsinin qanadı olub. Lakin pilotlar yerə enənə qədər qanadın bir hissəsinin itirilməsindən xəbərləri olmayıb.


"Təyyarə təhlükəsiz şəkildə yerə endikdən sonra sol qanad qapağının bir hissəsinin əskik olması məlum olub. Delta həmin hissənin axtarış səylərini tam dəstəkləyib və istintaqla əməkdaşlıq edəcək. Çünki təhlükəsizlikdən daha vacib heç nə yoxdur", - aviaşirkətin nümayəndəsi bildirib.


Bundan əvvəl Amerikanın Konnektikut ştatında yüngül mühərrikli təyyarənin suya düşmüşdü. Həmin vaxt iki sərnişin xilas edilib.


Tural

Chosen
36
50
news365.az

10Sources