EN

Türkiyə Prezident Administrasiyası Ərdoğanın sabah Xankəndiyə səfər edəcəyini açıqlayıb

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısında iştirak etmək üçün 4 iyul 2025-ci il tarixində Azərbaycanın Xankəndi şəhərinə səfər edəcək”.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun özünün sosial media hesabında məlumat verib.

“Davamlı və İqlimə Dayanıqlı Gələcək üçün Yeni İqtisadi Əməkdaşlıq Təşkilatının Baxışı” mövzusu altında təşkil olunacaq sammitdə əsasən iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələri və təşkilat islahatları müzakirə olunacaq və üzv ölkələr arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparılacaq”, - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, Ərdoğan sammitin sessiyasında çıxış edəcək və digər ölkələrin liderləri ilə görüşlər də keçirəcək.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
10
30
missiya.az

10Sources