AzVision.az xəbər verir ki, “The Wall Street Journal (WSJ)” nəşri ABŞ-nin sabiq prezidentinin açıqlamasından belə sitat gətirib.
“Proseslərə qoşulmağımı xahiş edən bir sıra Avropa liderləri mənə zəng vururlar. Təfərrüatlara varmayacağam, bunu edə bilmərəm. Lakin mən proseslərə qoşulmuram, amma məsləhət verirəm”, - Co Bayden iddia edib.
O, həmçinin bildirib ki, ABŞ prezidenti kimi üzərində “ciddi-cəhdlə çalışdığı” işlərin çoxu indiki Ağ Ev administrasiyası tərəfindən ləğv olunub.Xüsusilə, Bayden NATO-dan bəhs edərək, onun rəhbərliyi altında alyansın əhəmiyyətli dərəcədə gücləndiyini və indi“ABŞ-nin dünya səhnəsindən geri çəkiləcəyi” riskinin olduğunu vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Baydeni Amerika tarixində ən pis prezident adlandırmaqla yanaşı, onun digər sələflərini - Barak Obama və Corc Buşu da tənqid edib.
İyunun 5-də isə Tramp Co Baydenin səhhəti ilə bağlı araşdırma aparılmasına göstəriş verib. O, xüsusən də keçmiş prezidentin köməkçilərinin onun vəziyyəti ilə bağlı məlumatları gizlədib-gizlətmədiyini öyrənmək istəyib. Amerika lideri həmçinin demokratların köməkçilərinin sənədləri imzalamaq üçün avtoqələmdən istifadə edib-etməməsi ilə bağlı araşdırma aparılmasına göstəriş verib.
Əslində hələ prezidentliyi dövründə koqnitiv demensiyaya (yaddaş, təfəkkür, nitq və oriyentasiya kimi koqnitiv funksiyaların davamlı azalması sindromu) məruz qaldığı açıq-aşkar nəzərə çarpan Co Baydenin yenidən proseslərə qoşulması xahişi ilə avropalı liderlərin ona zəng etməsi barədə heç də inandırıcı görünmür.
Amma bu həqiqəttdirsə, onda avropalı liderlərin Mirzə Ələkbər Sabirin“Ah, necə kef çəkməli əyyam idi, onda ki, Bayden babamız xam idi” xəyalları ilə yaşadıqları bəlli olur.
Sahil İsgəndərov
AzVision.az