EN

Türkiyədə meşə yanğınları başladı

Türkiyənin Antalya vilayətinin Muradpaşa rayonunda yaşayış binaları yaxınlığında meşə yanğınları başlayıb.

Axar.az xəbər verir ki, bu gün yerli vaxtla saat 10:30 başlayan yanğına havadan və qurudan müdaxilə edilir.

Məlumata görə, yanğının yaşayış binalarına keçmə təhlükəsi olduğu üçün kütləvi ixtişaşlara müdaxilə maşınından da istifadə edilir.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Chosen
17
1
axar.az

2Sources