Bakı. Trend:
“SOCAR Türkiyə”nin törəmə şirkətlərindən olan “SOCAR Fiber” və“TurkNet” şirkəti Türkiyənin internet infrastrukturunu gücləndirməkməqsədilə strateji əməkdaşlığa imza atıb.
Trend xəbərverir ki, bu barədə “SOCAR Türkiyə”nin sosial şəbəkə hesabındapaylaşım edilib.
Məlumata görə, bu çərçivədə, TANAP təbii qaz boru kəməri boyuncauzanan 1850 km uzunluğundakı “SOCAR Fiber” ekspres marşrutu“TurkNet”in magistral şəbəkəsinə inteqrasiya olunacaq.“Gürcüstandan Yunanıstana qədər uzanan bu xətt Bursa, Eskişehir,Ankara, Sivas, Erzurum və Qars şəhərlərinin yaxınlığından keçərəkyüksək sürət, aşağı gecikmə və fasiləsiz bağlantı təcrübəsi təqdimedəcək”, - deyə, paylaşımda bildirilib.
Qeyd edək ki, 2013-cü ildə qurulan “SOCAR Fiber” TANAP qaz borukəmərinin yanında yerləşir və Gürcüstan sərhədindən Yunanıstansərhədinə qədər uzanır, 20 şəhər və 67 rayon üzrə xidmət təminedir.