EN

Liftdə köməksiz qalan şəxslər xilas edildi

BAKI, 3 iyul. TELEQRAF

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 5 xilasetmə əməliyyatı keçirilib.

Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1-i uşaq olmaqla 8 nəfərə müvafiq köməklik göstərilib.

Chosen
54
14
teleqraf.com

10Sources