Pakistanın Baş naziri Mühəmməd Şahbaz Şərif bu gün Xankəndidə başlayacaq İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci sammitində iştirak etmək üçün Azərbaycana yola düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Pakistanın dövlət yayım şirkəti Radio Pakistan məlumat yayıb.
Şərifi səfərdə aşağıdakı şəxslər müşayiət edir:
Baş nazirin müavini və xarici işlər naziri Mühəmməd İshaq Dar, informasiya və radio-televiziya yayımı naziri Attaullah Tarar və Baş nazirin xüsusi köməkçisi Tarik Fatemi.
Bizim.Media