EN

Bakıda qardaş qardaşı qətlə yetirildi

Bakıda 29 yaşlı oğlan qətlə yetirilib.

Modern.az xəbər verir ki, hadisə bu gün saat 11 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.

Qəsəbə sakini 1996-cı il təvəllüdlü Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib.

Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək könüllü təslim olub.

Hadisənin hansı səbəbdən törədilməsi hələlik məlum deyil.

Faktla bağlı prookurorluq tərəfindən araşdırma aparılır.

Chosen
7
10
modern.az

10Sources