"Kiyevlə üçüncü raund danışıqlarının razılaşdırılması prosesində heç bir maneə yoxdur".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
O qeyd edib ki, hər iki tərəf vaxtla bağlı təkliflər gözləyir.
"Ukraynaya Qərb silahlarının tədarükü nə qədər az olsa, xüsusi hərbi əməliyyat da bir o qədər tez başa çatacaq. Ukraynaya xaricdən nə qədər az raket tədarük olunarsa, hərbi əməliyyatın sonu bir o qədər yaxın olar"- o qeyd edib.