EN

Dioqo Jota yol-nəqliyyat qəzasında dünyasını dəyişdi

Portuqaliya millisinin və “Liverpul”un 28 yaşlı mərkəz hücumçusu Dioqo Jota yol-nəqliyyat hadisəsi nəticəsində dünyasının dəyişib.

Arena.az bu barədə “Liverpul”un rəsmi saytına istinadən məlumat verir.

İlkin məlumata görə, bu gün, iyulun 30-də Dioqo Jota yerli vaxtla saat 0:40-da İspaniyanın qərb bölgəsindəki Samora əyalətinin A-52 magistral yolunun 65-ci kilometrliyində qardaşı Andre ilə birlikdə avtomobilində yol-nəqliyyat qəzasına düşərək həlak olub. İlkin təxminlərə görə, ötmə zamanı avtomobilin təkəri partlayıb, maşın yoldan uçaraq çevrilib və yanıb. Qardaşlar alovlanmış maşından çıxa bilməyərək həlak olublar.

Əlavə edək ki, Jotanın qardaşı Andre də peşəkar futbolçu idi. Hazırda hadisə ilə bağlı təhqiqat aparılır.

“Liverpul” və Portualiya Futbol Federasiyası (FPF) başda olmaqla, futbol aləmi Jota və qardaşının faciəvi ölümü ilə əlaqədar mərhumların ailəsinə, dostlarına və yaxınlarına başsağlığı veriblər.

Chosen
67
9
arena.az

10Sources