EN

Prezident belaruslu həmkarına təbrik ünvanlayıb

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az məktubu diqqətə çatdırır: "Hörmətli Aleksandr Qriqoryeviç. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün dost Belarus xalqını dövlət bayramı – Müstəqillik Günü münasibətilə təbrik edirəm. Azərbaycan ilə Belarusu ənənəvi sıx dostluq və qarşılıqlı dəstək əlaqələri birləşdirir. Ölkələrimiz arasında ildən-ilə yeni məzmunla zənginləşən əməkdaşlığın yüksək dinamikasını məmnunluqla qeyd etmək istərdim. Sevindirici haldır ki, biz dövlətlərarası dialoqun inkişafında, iqtisadi-ticari əməkdaşlığın möhkəmlənməsində və mədəni-humanitar əlaqələrin intensivləşdirilməsində yaxşı səviyyəyə çatmışıq. İnanıram ki, Azərbaycan ilə Belarus arasında bütün istiqamətlər üzrə ikitərəfli əlaqələr və qarşılıqlı faydalı əməkdaşlıq birgə səylərlə dost ölkələrimizin və xalqlarımızın maraqları naminə strateji tərəfdaşlıq ruhunda bundan sonra da dinamik şəkildə genişlənəcək və dərinləşəcək. Hörmətli Aleksandr Qriqoryeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, Belarus Respublikasına isə əmin-amanlıq və tərəqqi arzulayıram". AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
48
azvision.az

7Sources