Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“AzPolitika” xəbər verir ki, Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Rusiya ilə Azərbaycan arasında mövcud gərginlik barədə fikir bildirib: "Göyərtilər, kəsiklər məsələsini peşəkarlar – İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi araşdırmalıdır. Amma burada daha vacib olan budur: Avropa və Cənubi Qafqazda bəzi qüvvələr son illər ərzində əldə edilmiş bütün müsbət nəticələri sabotaj etməyə çalışırlar. Eyni şey Ermənistanda da baş verir. Bu gün isə bu hücuma təxribatçıların "şagirdi' – Zelenski də qoşulub."
Karasin təmkinə və sağlam yanaşmaya çağırıb: "Nifrət yaymaq olmaz. Məhz bu, keçmiş Sovet İttifaqı xalqlarını bir-birinə düşmən etməyə çalışanların əsas məqsədidir. Biz onlara bu fürsəti verməməliyik."
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.