
İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.Azərbaycan Güləş Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, bu gün yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da medalçılar müəyyənləşib.Ayxan Cavadov (60 kq) finalda isveçli Adam Silverinə ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək Avropa çempionu olub.Fəraim Mustafayev (67 kq) gərgin mübarizə şəraitində keçən qarşılaşmada türkiyəli Abdullah Keskinə 7:5 hesabıyla qalib gələrək bürünc medal qazanıb.Seymur Qasımov (72 kq) yunanıstanlı Arionas Kolitsopulosa 1:3 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətlənib.Elmin Əliyev (82 kq) isə serbiyalı Oqnyen Yakovlyeviçə tam üstünlüklə (10:0) qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.Ulusum.az
Diqqət Çəkənlər
Xəzər Universitetinin Məzun Günü mərasimi
“Şəkərsiz” və ya “təbii” yazılarına kor-koranə inanma
Sankt-Peterburqda azərbaycanlı iş adamı saxlanılıb - VİDEO