ain.az, Modern.az portalına istinadən məlumat verir.
Sabah – iyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçiriləcək.Zirvə görüşündə iştirak etmək üçün ECO üzvü olan dövlətlərin rəsmiləri Azərbaycana səfər ediblər.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qonaqları qarşılamaq üçün hazırda Xankəndi şəhərindədir.Modern.az xəbər verir ki, Zirvə görüşündə Türkmənistanı Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov təmsil edir. O, artıq Azərbaycandadır.Əfqanıstanın xarici işlər nazirinin müavini Mohammad Naim Vardak da artıq ölkəmizə gəlib.
Nigeriya Federativ Respublikasının büdcə və iqtisadi planlama naziri Abubakar Atiku Baqudunu gətirən təyyarə iyulun 3-də Füzuli rayonuna enib.Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Pakistanın baş naziri Şahbaz Şərif, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar da artıq Qarabağdadırlar.Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Xankəndiyə sabah gələcəyi artıq dəqiqdir.İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın da ECO-nun Zirvə görüşündə iştirakı gözlənilir.İqtisadi Əməkdaşlıq Təşkilatının digər üzvləri – Qazaxıstan və Taciksitanı toplantıda kimin təmsil edəcəyi tam dəqiqləşməyib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.