“Xahiş edirəm və Rusiya tərəfini bizim təxribatımıza uymamamağa çağırıram”,- Ağazaryan parlament kürsüsündən deyib.
Bundan sonra Ermənistanın hakim fraksiyasının nümayəndələri kürsüdən enən Ağazaryanın ünvanına “rüsvayçılıq” sözünü qışqırmağa başlayıblar. Ən yüksək sələ qəzəbini ifadə edən şəxs Avropaya İnteqrasiya daimi komissiyasının sədri Arman Eqoyan olub. O, deputatı xarici dövlətin maraqlarına xidmət göstərməkdə ittiham edib.
![]() |
Moskva Ermənistanı müharibə ilə hədələyir |
Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici İşlər nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktor müavini Dmitri Masyuk Rusiyanın İrəvanda sülhün və qanunun qorunması üçün Ermənistanla dostluq münasibətlərinin saxlanmasında maraqlı olduğunu açıqlamışdı.
Sahil İsgəndərov
AzVision.az