EN

Azərbaycan dili imtahanının nəticələri elan olunub

Bakı. Trend:

Məlum olduğu kimi, 2025-ci il 29 iyun tarixində Dövlət İmtahanMərkəzi tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsilsəviyyəsi üzrə buraxılış imtahanı çərçivəsində mayın 4-də keçirilənAzərbaycan dili imtahanında üzrlü səbəblərdən iştirak etməyən cariilin məzunları və ali və ya orta ixtisas təhsil müəssisələrinəqəbul olmaq üçün sənəd verən, lakin mayın 4-də keçirilən imtahandaiştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan carivə əvvəlki illərin abituriyentləri üçün Azərbaycan dili (dövlətdili) fənni üzrə test imtahanı keçirilib.

İmtahan nəticələri DİM-in internet səhifəsində yerləşdirilib. Şagirdlər 8 rəqəmli şagirdkodu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİNkodundan), abituriyentlər şəxsi kabinetinin istifadəçi adı vəparolundan istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqininön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tiplitapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

Abituriyentlər (şagirdlər) imtahanın nəticələri haqqındaməlumatı, mobil nömrələri (Azercell, Bakcell, Nar, Naxtel)vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 1459 nəfərdən 111 nəfərimtahana gəlməyib.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçünsənəd verən cari və əvvəlki illərin abituriyentləri imtahanda 30bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onuntopladığı bal 15-dən az olmamalıdır.

Şagirdlərin imtahanda toplaya biləcəkləri maksimum bal isə 100baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinəyazılacaq.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-dəApellyasiya Komissiyası fəaliyyət göstərəcək. ApellyasiyaKomissiyasına müraciət etmək istəyənlər 4 iyul saat 10:00-dan 6iyul saat 17:00-dək DİM-in saytında yerləşdiriləcəkelektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradanApellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektronərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli,onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinəuyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətinməzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciətaraşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqlaaparılır:

  • Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunanbütün işlər araşdırılır;
  • Abituriyentlərin (şagirdlərin) müraciət etdikləri tapşırıqlarüzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavəedilir;
  • Abituriyentlərin (şagirdlərin) apellyasiya ərizələrində qeydetdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması iləbağlı “sms” göndərilir.
  • Bundan sonra abituriyentlər (şagirdlər) apelyasiya.dim.gov.azsaytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanışola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuşcavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kiminəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualdaiki dairənin qaralanması və s.) bağlı müraciətlərəbaxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəlabituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri iləbağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hərbir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olabilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçünərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavabverməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirməşkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər.Abituriyentlərin (şagirdlərin) nəzərinə çatdırırıq ki, bu tipmüraciətlərə baxılmayacaq.

Chosen
3
49
az.trend.az

10Sources