EN

Hərbi qulluqçuların 25 illik xidmət keçməsi ilə bağlı MÜHÜM AÇIQLAMA: Yenidən 20 ilə endirilir?

Əvvəllər Silahlı Qüvvələrdə xidmət edən zabit və gizirlər 20 il xidmətdən sonra pensiyaya çıxmaq hüququ qazanırdılar. Lakin sonradan bu müddət hüquqi əsaslandırma təqdim edilmədən 25 ilə qaldırılıb.”

NOCOMMENT.az bildirir ki, bu fikirləri hərbi ekspert Üzeyir Cəfərov KONKRET.az-a açıqlamasnda səsləndirib:

Üzeyir

Mütəxəssis hesab edir ki, belə bir dəyişiklik geniş ictimai və peşəkar müzakirələrdən sonra, xüsusilə də səhiyyə sahəsinin, güc strukturlarının və aidiyyəti qurumların iştirakı ilə aparılmalı idi.

“Zabit və gizirlər 20 il ərzində fasiləsiz, gecə-gündüz xidmət aparır, ciddi fiziki və psixoloji yüklənmələrə məruz qalırlar. Elmi araşdırmalara əsasən, insan orqanizmi 18-20 yaşdan etibarən bu cür yükə tab gətirə bilsə də, yaş artdıqca sağlamlıq imkanları azalır, faydalı iş əmsalı aşağı düşür”.

Ekspertin fikrincə, bu sahədə beynəlxalq təcrübə də nəzərə alınmalıdır. Bir çox ölkələrdə hərbi qulluqçular üçün pensiya hüququ 20 il xidmətlə təmin olunur. Azərbaycanda isə bu müddətin 25 ilə yüksəldilməsi hərbi qulluqçuların fiziki və psixoloji potensialını nəzərə almadan atılmış addım kimi qiymətləndirilir.

“Bundan əlavə, zabit və gizirlərin pensiya yaşının artırılması ilə bağlı narahatlıq doğuran məqamlardan biri də odur ki, bir çox gənclər hərbi xidmətə başladıqda 20 il sonra pensiyaya çıxacaqlarını düşünür, gələcək planlarını bu prinsip üzərində qururdular. İndi isə bu müddətin birdən-birə 5 il artırılması onların motivasiyasına da mənfi təsir göstərir”.

Ü.Cəfərov hesab edir ki, hərbi xidmətin spesifikliyi nəzərə alınaraq bu sahədə hüquqi mexanizmlər yenidən təkmilləşdirilməli, qərarlar daha əsaslı və real vəziyyətə uyğun şəkildə verilməlidir.

“Gizir və zabitlərin 20 il xidmət etməsi əksər ölkələrdə təsdiqini tapıb. Ona görə də 25 il xidmət qərarı nə vaxtsa 20-yə qaytarılacaq”.

Chosen
6
2
nocomment.az

3Sources