Türkiyənin İzmir şəhərində istirahət mərkəzi meşə yanğınlarının sıçramsı nəticəsində yanaraq kül olub.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, yaşıl və mavi rəngin vəhdətini əks etdirən Seferihisar bölgəsindəki kurort mərkəzindən geriyə sadəcə ürəkağrıdan görüntülər qalıb.
Yanğın iyunun 29-da saat 13:00 radələrində başlayıb.
Bölgəyə çoxlu yanğınsöndürən qruplar cəlb edilərək alovlara müdaxilə edilib. Külək səbəbindən qısa müddətdə geniş əraziyə yayılan yanğından sonra 4 kənd sakini təxliyə edilib. Tüstüdən zəhərlənən 21 nəfər xəstəxanalara yerləşdirilib.
Yanğın dünən məhdudlaşdırılıb. Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin əməkdaşları 155 binaya ziyan dəydiyini açıqlayıblar.
Həmin ərazidə 110 evin, 2 iş yerinin və 1 tövlənin dağıldığı və ciddi ziyan dəydiyi müəyyən edilib. Seferihisarın sahil zolağında yaşıllıqlar tamamilə külə dönüb. Bölgəni əhatə edən meşə boz rəngə çevrilib.