EN

Yolayrıcında ağır qəza;maşına çırpılan moped sürücüsü yerə çırpıldı - VİDEO

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunacaqlar.

Avtosfer.az APA-ya istinadla xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə edilib.

Layihəyə əsasən, Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyev Konstitusiya Məhkəməsinin hakimləri təyin olunacaqlar.

Qeyd edək ki, Rzayev Rəşid Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri, Rauf Quliyev isə Konstitusiya Məhkəməsinin Aparat rəhbəridir. Otari Qvaladze və Fərhad Tutayuk isə hazırda Azərbaycan Respublikası Prezident Administrasiyasında çalışırlar.

Xatırladaq ki, Konstitusiya Məhkəməsinin 4 hakiminin Kamran Şəfiyev, Ceyhun Qaracayev, Rövşən İsmayılov və Sona Salmanova - səlahiyyət müddəti başa çatır.

Chosen
27
avtosfer.az

1Sources