EN

Aİ və Çin liderləri bu ay sammitdə görüşəcək

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

Avropa İttifaqı və Çin liderləri bu ayın sonunda keçiriləcək sammitə hazırlıq məqsədilə Brüsseldə 13-cü Strateji Dialoq çərçivəsində bir araya gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, Aİ-nin Ali Nümayəndəsi Kaja Kallas və Çinin xarici işlər naziri Vanq Yinin rəhbərlik etdiyi görüşdə ticarət balansı, təhlükəsizlik və insan haqları məsələləri müzakirə olunub.

Aİ Çin şirkətlərinin Rusiyaya dəstəyini təhlükə kimi qiymətləndirərək bu dəstəyə son verilməsini tələb edib. Tərəflər həmçinin Qəzzada atəşkəs və İranla diplomatik danışıqların bərpası məsələsində razılaşıblar.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
bakivaxti.az

1Sources