“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş komandadan ayrılacaq.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu baş məşqçi Pep Qvardiolanın gələcək planlarına daxil deyil. “Şəhərlilər” yaxın vaxtda oyunçu ilə bağlı qərar verəcək.
29 yaşlı yarımmüdafiəçi son mövsümdə Premyer Liqada 32 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2027-ci ilin iyunun sonunda başa çatacaq.