EN

Səbaildə qanunsuz tikili skandala səbəb oldu Video

Tribuna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Səbail rayonu, Arif İsmayılov küçəsində qanunsuz tikinti özbaşınalığı davam edir.

Bu barədə həmin ünvanda yaşayan sakin Zərifə Nağıyeva məlumat verib.

Tribunainfo.az xəbər verir ki, sözügedən ünvan SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin) ərazisi hesab olunur. Sakinlərin verdiyi məlumata görə, Arif İsmayılov küçəsində yerləşən evlərin demək olar ki, heç birinin müvafiq sənədləri yoxdur. Buna baxmayaraq, sakinlər bildirirlər ki, əgər kimsə bu ərazidə yeni tikinti işləri aparmaq istəsə, Səbail Rayon İcra Hakimiyyəti dərhal problem yaradır, tikintinin qanunsuz olduğunu əsas gətirərək işləri dayandırır və çox vaxt tikililəri sökür.

Lakin sakinlər qeyd edirlər ki, bu qadağa hamıya şamil edilmir. Belə ki, bəzi şəxslər heç bir maneə ilə qarşılaşmadan, istədikləri vaxt və istədikləri yerdə rahat şəkildə tikinti işləri aparırlar. Sakinlərin iddiasına görə, bu şəxslər əvvəlcədən müəyyən məbləğ müqabilində Səbail Rayon İcra Hakimiyyəti ilə razılığa gəlirlər. Hətta bu razılaşmalar çərçivəsində həmin evlərin yerləşdiyi küçələrə asfalt örtüyü də çəkilir. Halbuki, rayonun bir çox küçələrində yolların vəziyyəti bərbad vəziyyətdədir və avtomobillə hərəkət etmək demək olar ki, mümkün deyil.

Sakin Zərifə Nağıyeva bildirib ki, yaşadığı ünvan qanuni olduğu halda, küçələri baxımsız və yararsız vəziyyətdədir. Onlar dəfələrlə yol çəkilməsi ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, bu müraciətlərə baxan olmayıb. Əksinə, müəyyən ödəniş qarşılığında tikilən və Səbail Rayon İcra Hakimiyyətinin “göz yumduğu” bəzi evlərə xüsusi diqqət ayrılır, yollar asfaltlanır, müxtəlif şərait yaradılır.

Ən maraqlısı isə budur ki, adıçəkilən ərazilər SOCAR-a məxsus olsa da, burada aparılan irimiqyaslı tikinti işlərindən və yolların çəkilməsindən neft şirkətinin rəsmi olaraq “xəbəri yoxdur”.

Sakinlər bildirirlər ki, qanunsuz və özbaşına aparılan bu tikintilərlə bağlı dəfələrlə SOCAR-a, Səbail Rayon İcra Hakimiyyətinə və icra başçısı Vüqar Zeynalova müraciət ediblər. Lakin indiyədək nə müraciətlərə baxılıb, nə də şikayətlərə cavab verilib.

Yazıda adı keçən bütün tərəfləri dinləməyə hazırıq.

Gülşən Rəsul

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
50
tribunainfo.az

10Sources