EN

“Abşeron Sığorta Agentliyi” maliyyə sanksiyasına məruz qaldı

“Abşeron Sığorta Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) maliyyə sanksiyası tətbiq edilib.

Qaynarinfo-nun məlumatına görə, “Abşeron Sığorta Agentliyi” MMC-yə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə işəgötürən arasınnda əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinə OVN nəticələri haqqında – AKT-a əsasən 2000 manat maliyyə sanksiyası tətbiq olunub.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyata alınan və nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Hüseynova Günay İsmayıl qızıdır.

Xatıradaq ki, Mərkəzi Bank tərəfindən “Abşeron Sığorta Agentliyi”nə verilən lisenziya (SA-0284 nömrəli) 3 may 2023-cü il tarixindən aktivləşdirlib.
Sığortaçı ilə bağladığı tapşırıq müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən hüquqi şəxsdir.

Chosen
20
1
tribunainfo.az

2Sources