EN

Tramp Putinlə danışacağı vaxtı AÇIQLADI

Bu gün səhər saat 10:00-da (Bakı vaxtı ilə 18:00) Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı planlaşdırılıb.

News24.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib. O, qeyd edib ki, bu gün Putinlə danışacağıq. Ona təşəkkür edirəm.

Danışığın mövzusu açıqlanmasa da, müşahidəçilər bu təmasın Ukrayna müharibəsi və mümkün sülh təşəbbüsləri ilə bağlı ola biləcəyini istisna etmir.

Aqil

Chosen
8
50
news24.az

10Sources