EN

Tarzən Rafiq Rüstəmovun 80 illik yubileyinə həsr olunmuş gecə təşkil edilib - FOTO

Beynəlxalq Muğam Mərkəzində Əməkdar mədəniyyət işçisi, tarzən Rafiq Rüstəmovun 80 illik yubileyinə həsr olunmuş gecə təşkil edilib. 

Əməkdar artist Azad Şükürovun aparıcılığı ilə keçən gecədə ilk olaraq yubilyarın həyat və sənət yolunu əks etdirən qısa film nümayiş olunub. Gecədə çıxış edən professor Rafiq Əliyev, Xalq artisləri Ağacəbrayıl Abbasəliyev, Eldost Bayram tarzənin zəngin ifaçılıq yolu, xalq musiqisinə sədaqəti və sənətə olan böyük sevgisindən söz açıblar. Bildirilib ki, onun həyat və sənət yolu, sadəcə bir sənətkarın deyil, bütöv bir ruhun tara, torpağa və xalqına olan sevgisinin təcəssümüdür. Yetişdirdiyi gənc ifaçılar bu gün də onun yolunu uğurla davam etdirirlər. 

Bədii hissə ilə davam edən gecədə yubilyar çıxış edərək tədbirə qatılanlara və təşkilatçılara minnətdarlığını bildirib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
9
1
milli.az

10Sources