EN

AFFA “Qəbələ”yə kömək etmədi – AÇIQLAMA

“Bu məsələ ilə bağlı klub rəhbərliyi AFFA ilə danışmışdı ki, belə bir addım atılacaq. Bu qərarın konkret səbəbi var. Biz mövsümün əvvəlində gözləmirdik ki, büdcə 3 milyondan 2,5 milyona düşəcək. Buna söz-söhbət kimi baxırdıq. Ancaq artıq rəsmən təsdiqlənib. 500 min manat bizim üçün böyük məbləğdi”. 

Bu sözləri İdmanxeber.az saytına “Qəbələ”nin idman direkotru Səbuhi Səfiyarlı klubun akademiyasnın fəaliyyətini dayandırması ilə bağlı danışıb.

O, daha sonra sözlərinə belə davam edib:

“Bundan başqa, Əvəzedicilər liqasının keçirilməyəci deyilirdi. Biz gözləyirdik ki, I Liqadan gələn komandalara güzəşt ediləcək. Çünki bu yarış bizim üçün böyük xərcdi. Əvəzedicilər liqasında oynamaq üçün azı 250-300 min büdcə lazımdır. Çünki həmin komandanın oyunçuları da akademiyada məskunlaşır. Onların qalmağı, qidalanmağı böyük xərc tələb edir. Ümumi büdcədən 500 min kəsilməsi və əvəzedici komandanın çempionatda oynamağa məcbur edilməsi bizə 800 min manata başa gəlir. Akademiyamızın büdcəsi isə ümumən bir milyon manatdır. Bunun 800 mini gedəndən sonra məcbur bu addımı atmalıydıq. Bununla bağlı AFFA-ya da məlumat vermişdik.

Bəzi iddialar var ki, büdcəni əsas komandaya yönəltmək üçün bu qərarı vermişik. Ancaq qətiyyən belə deyil. Əsas komandanın büdcəsi öz yerində qalır. Orada minimum büdcə ilə davam edirik. Sadəcə akademiyaya ayrılan pulun dediyim istiqamətdə xərclənməsi bizi bu qərarı verməyə məcbur etdi. Çünki 70-80 uşağın burada qalması və onların qidalanması böyük xərc tələb edir”.

Chosen
20
9
idmanxeber.az

10Sources