EN

“Azərbaycan dili bölmələrinin təhsil göstəriciləri rus dili bölmələrindən daha yüksəkdir” AÇIQLAMA

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Millət vəkili Elşad Musayev deyib ki, rusdilli məktəblərə qəbul dayandırılmalıdır. “Nəyə görə daxilimizdəki orta məktəblərdə başqa bir ölkənin dili tədris olunmalıdır? Bu, qətiyyən başa düşülən bir məsələ deyil. 300-dən çox rusdilli məktəb var. Bunlar Azərbaycan dövlətinin, vergi ödəyicilərinin ödədikləri vergi hesabına fəaliyyət göstərir. Faktiki olaraq biz başqa bir ölkə üçün kadr hazırlayırıq”.Təhsil eksperti Elmin Nuri Demokrat.az-a açıqlamasında deyib ki, rus dili bölmələrinin dərhal bağlanması mümkün deyil:“Bu, nəzəri baxımdan da qeyri-mümkündür. Belə bir proses yalnız mərhələli şəkildə, müəyyən prosedurlar əsasında, ardıcıl şəkildə həyata keçirilə bilər. Bu mərhələlərin icrasına artıq az da olsa başlanılıb. Amma hazırda rus dili bölmələrinin bağlanmasından daha çox, bu bölmələrə olan marağı necə azaltmaq barədə düşünməliyik. İldən-ilə ana dili bölmələrinə maraq artır. Tədris prinsipləri baxımından rus dili bölmələrinin heç bir üstünlüyü yoxdur. Bu bölmələrin təqdimetmə və təşkilatçılıq bacarıqları Azərbaycan dili bölmələrindən nəinki fərqlənmir, bəzən hətta geri qalır. Bu gün Azərbaycan dili bölmələrinin təhsil göstəriciləri rus dili bölmələrindən daha yüksəkdir. Kadr potensialı da daha güclüdür”. Ekspert qeyd edib ki, Azərbaycan bölmələrinin nəticələri bir çox halda rus bölmələrinin nəticələrindən qat-qat yaxşıdır:“Bundan əlavə, rus dili bölmələrinin ali təhsilə və əmək bazarına keçid imkanları da çox yüksək deyil nə ölkə daxilində, nə də beynəlxalq səviyyədə. Bugünkü qlobal əmək bazarında ingilis dili və gələcəkdə, ehtimal ki, Çin dili daha çox önəm daşıyacaq. Rus dili isə nə indi, nə də gələcəkdə ciddi təsir gücünə malik olmayacaq. İT dövründə yaşayırıq. Bu sahədə rus dili bizə elə bir üstünlük qazandırmayacaq. Bu səbəbdən, yanaşmamızı dəyişməliyik. “Qonşunun uşağı rus bölməsində oxuyursa, mənimki də orda oxumalıdır” prinsipi ilə hərəkət etməməliyik. Dil öyrənmək çox gözəldir, amma bir insan üçün bir neçə dil kifayətdir. Əsas məsələ odur ki, bizim uşaqlar öz ana dillərindən uzaq düşməsinlər. Bu istiqamətdə ilk növbədə valideynlər arasında maarifləndirmə işi aparılmalıdır”.Leyla Turan 

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
50
demokrat.az

10Sources