EN

Astarada 15 yaşlı yeniyetmə su anbarında boğularaq ölüb

APA-nın cənub bürosunun verdiyi xəbərə görə bədbəxt hadisə rayonun Kijəbə qəsəbəsində qeydə alınıb.

Kənd sakini 15 yaşlı Murad Ramin oğlu Ağazadə, ehtiyatsızlıqdan qəsəbə ərazisində yerləşən Lovain su anbarına düşərək ölüb.

Kənd sakinlərinin köməyi ilə M. Ağazadənin meyiti su anbarından çıxarılıb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Chosen
8
47
poliqon.info

10Sources