EN

Konsul Bakıda saxlanılan Rusiya vətəndaşları ilə 3 saatlıq görüş keçirib - YENİLƏNİB

Rusiyanın Bakıdakı konsulu Azərbaycanda saxlanılan ruslarla üç saatlıq görüş keçirib.

Apa xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

"Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat xidməti həbs edilmiş Rusiya Federasiyası vətəndaşlarına konsulluq girişinin təmin edildiyini təsdiqləyir. Səfirliyin konsulluq şöbəsinin müdiri soydaşlarımızla üç saat söhbət edib", - deyə səfirlikdən bildirilib.

Görüşün təfərrüatları barədə məlumat verilməyib.

***

19:33

Rusiyanın Azərbaycandakı konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdə olan rəhbəri İqor Kartavıx və şef-redaktoru Yevqeni Belousovla görüşüb.

Apa xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Qeyd olunub ki, onlar yeməklə və dərmanla təmin olunurlar və özlərini yaxşı hiss edirlər.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərlə bağlı məhkəmə keçirilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Chosen
23
4
qaziler.az

8Sources