Bu gün avtomobil qəzasında dünyasını dəyişən "Liverpul"un və Portuqaliya yığmasının futbolçusu Dioqo Jota və qardaşı Andre Silva iyulun 3-dən 4-nə keçən gecə İspaniyanın Santander limanına yollanıblar.
Offsideplus.az xəbər verir ki, onların məqsədi limandan bərə ilə üzmək olub.
Məsələ burasındadır ki, Jotanın ağ ciyərlərində problem var imiş.
Bu yaxınlarda keçirilən cərrahiyyə əməliyyatından sonra həkimlər futbolçunun təyyarə ilə uçmağına qadağan ediblər.
Qardaşlar Santander limanından bərə vasitəsilə Böyük Britaniyaya üzməyi planlaşdırıblarmış.
Hadisə baş verən zaman limana 340 km qalıbmış.
Daha bir məqam qəzaya uğrayan Lamborghini Urus markalı avtomobillə bağlıdır. Qeyri-rəsmi məlumata görə, Jota bu maşını icarəyə götürüb. Buna görə də avtomobilin təkərlərinin hansı vəziyyətdə olması sualı açıq qalır.
Xatırladaq ki, dəhşətli qəza avtomobilin təkərinin partlaması səbəbindən baş verib. Bir neçə dəfə aşan və yol kənarındakı çökəkliyə düşən maşın alovlanıb. Jota və Silva avtomobildən çıxa bilmədiklərinə görə diri-diri yanaraq külə dönüblər.