EN

Gəncədə yaşlı kişi hovuzda boğulub

Gəncə şəhərində bədbəxt hadisə nəticəsində bir nəfər həyatını itirib.

Sitat.infonun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Məlumata əsasən, Gəncə şəhər sakini, 1951-ci il təvəllüdlü Vaqif Rzayev hovuza düşüb və nəticədə boğularaq dünyasını dəyişib.

74 yaşlı şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı polis və prokurorluq əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Fakt üzrə araşdırmalara başlanılıb.

 

Sitat.info

Chosen
6
2
sitat.info

10Sources