EN

Baş nazir: Gürcüstan siyasəti radikal müxalifətdən təmizlənəcək

TBİLİSİ, 4 iyul. TELEQRAF

“Hakim partiya Gürcüstan siyasətində radikal siyasi qüvvələri neytrallaşdıracağına söz verib və bu vəd yerinə yetirilməlidir. Proseslər düzgün istiqamətdə inkişaf edir”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze İmedi telekanalında yayımlanan “İmedi Live” proqramında deyib.

Onun sözlərinə görə, köhnəlmiş reputasiyaya malik siyasətçilər Gürcüstan siyasətindən uzaqlaşdırılmasa, ölkədə tam demokratik sistem bərqərar olmayacaq.

İ.Kobaxidze qeyd edib ki, radikal müxalifət partiyaları arasında zəiflik səbəbindən parçalanma baş verib və onların bu ilin oktyabrında keçiriləcək yerli seçkilərdə iştirak edib-etməyəcəkləri hakim komandanı qətiyyən maraqlandırmır.

Baş nazir əlavə edib ki, parlamentin istintaq komissiyasının rəyinə əsasən konkret partiyaların konstitusiyaya zidd elan edilməsi ilə bağlı Konstitusiya Məhkəməsi üçün iddia hazırlanacaq.

Qeyd edək ki, iyunun 23-dən bu günədək Gürcüstanın aparıcı müxalif partiya və birliklərin liderləri 7 və 8 ay müddətinə azadlıqdan məhrum ediliblər. Yeddi nəfər müxalif siyasətçi parlamentin keçmiş dövlət başçısı Mixeil Saakaşvilinin hakimiyyəti dövründə törədilmiş cinayətləri araşdıran müvəqqəti istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunurdu.

Chosen
25
6
teleqraf.com

10Sources