Moskva Əfqanıstanın yeni səfirinin etimadnaməsini qəbul edib.
"Ölkə.az" xəbər verir ki, bununla da, Rusiya Əfqanıstanın “Taliban” hökumətini tanıyan ilk dövlət olub.
“Hesab edirik ki, Əfqanıstan İslam Əmirliyi hökumətinin rəsmi tanınması aktı ölkələrimiz arasında müxtəlif sahələrdə məhsuldar ikitərəfli əməkdaşlığın inkişafına təkan verəcək”, - Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
Artıq “Taliban” hərəkatının bayrağı Əfqanıstan bayrağı kimi Moskvadakı səfirliyin üzərində dalğalanır.