EN

Bu qidaları birlikdə YEMƏYİN – Ekspertdən xəbərdarlıq

Bəzi qida birləşmələri sağlamlıq üçün təhlükə yarada bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, düzgün olmayan qidalanma vərdişləri, xüsusilə ziddiyyətli məhsulların eyni vaxtda qəbulu həzm sistemində problemlərə, vitamin-mineral çatışmazlığına və ümumi narahatlığa səbəb ola bilər.

Dietoloq və qidalanma üzrə ekspertlərin sözlərinə görə, aşağıdakı qidalar bir yerdə yeyildikdə mənfi təsir göstərə bilər:

Süd və balıq - Hər iki məhsul yüksək protein mənbəyidir, lakin birlikdə qəbul edildikdə allergik reaksiyalar və dəri problemləri yarada bilər.

Pomidor və nişastalı qidalar (kartof, makaron) - Bu kombinasiyalar turşuluq və şişkinlik yarada bilər.

Meyvə və əsas yeməklər - Meyvələr sürətlə həzm olunur, digər qidalarla birlikdə qəbul edildikdə bağırsaqlarda fermentasiya prosesi başlayır.

Çay və dəmir tərkibli məhsullar (ət, ispanaq) - Çayın tərkibindəki tanin maddəsi dəmirin orqanizm tərəfindən mənimsənilməsinə mane olur.

Ekspertlər tövsiyə edirlər ki, sağlam qidalanmaq üçün məhsulların uyğunluğuna diqqət yetirilsin və mümkün olduqca sadə, təbii kombinasiya seçilsin.

Milli.Az

Chosen
22
50
milli.az

10Sources