EN

Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırdı

BAKI. 4 iyul. TELEQRAF

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı növbəti, 18-ci sanksiyalar paketi, Aİ Slovakiyaya enerji məsələsində lazımi təminatlar verdikdən sonra tezliklə qəbul edilə bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"nun müxbiri Rikard Yuzvyak bildirib.

Onun sözlərinə görə, rəsmi Bratislava bu gün Avropa Komissiyasından 2027-ci ilə qədər Rusiyanın enerji daşıyıcılarından tədricən imtina ilə bağlı zəmanətlər alıb.

"Bu, Rusiyaya qarşı növbəti sanksiyalar paketinin (18-ci) tezliklə qəbul edilməsinə şərait yarada bilər", - o yazıb.

Bununla yanaşı, Yuzvyak qeyd edib ki, həmişə Aİ səviyyəsində Ukraynaya dəstək qərarlarının qəbulunu ləngidən Macarıstan hələlik yeni sanksiyalar paketi ilə bağlı açıq etirazlar bildirməyib.

Bununla da, əldə edilmiş kompromis sayəsində Aİ indi Rusiyaya qarşı iqtisadi təzyiqi gücləndirməyə yönəlmiş yeni məhdudiyyətlər paketini operativ şəkildə təsdiqləyə bilər.

Chosen
22
50
teleqraf.com

10Sources