EN

Bu ilin ən çox qazananları…

“Forbes Türkiyə” jurnalı Türkiyənin konsertlərdən ən çox qazanan müğənnilərinin siyahısını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, siyahıda birinci yerdə Cem Adrian qərarlaşıb.

Belə ki, o, 6 milyon avro olan illik gəlirini 8 milyon avroya çıxarıb.

İkinci sırada yer alan Hakan Altun gəlirini 3 dəfə artıraraq 7,5 milyon avro qazanıb.

Üçüncü sırada yer alan Yalın isə təxminən 7 milyon avro qazanıb.

Meqastar Tarkan bu il siyahıda yer almayıb. Səbəbi isə Tarkanın 2024-cü ildə biletli konsert verməməsi olub.

Sıla, Serdar Ortaç, Kenan Doğulu, Gülşen, Hadise kimi pop ulduzların gəlirləri isə aşağı düşüb.


Chosen
37
50
qafqazinfo.az

10Sources